“Taliban” üzvləri Əfqanıstanda 30 nəfəri girov götürüb

“Taliban” üzvləri Əfqanıstanda 30 nəfəri girov götürüb
# 28 fevral 2018 10:54 (UTC +04:00)

Əfqanıstanda “Taliban” hərəkatının üzvləri 30 nəfəri girov götürüblər.

APA-nın məlumatına görə, bu barədə Uruzqan vilayətinin qubernatoru Dost Məhəmməd Nayab “Pajhwok” agentliyinə açıqlamasında deyib.

Hadisə ötən gün baş verib. Qəndahar vilayətindən Uruzqan vilayəti istiqamətdə hərəkətdə olan avtobus “Taliban” dəstələrinin hücumuna məruz qalıb. Girov götürülənlərin kimliyi hələlik məlum deyil. Araşdırma aparılır.

“Taliban” hərəkatı hadisə ilə bağlı hələlik şərh verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR