Bakı-APA. Əfqanıstan müdafiə nazirliyi ölkənin şərqində qəza enişi edən helikopterdə olan 9 nəfərin «Taliban» tərəfindən qaçırıldığını bildirib. APA-nın məlumatına görə, qaçırılanların 6 nəfəri türkdür.
Əfqanıstan müdafiə nazirliyinin rəsmisi general Əbdül Qədir Aşina mülki helikopterin Loqar əyalətinin Azrə mahalında əlverişsiz hava şərtləri ilə bağlı təcili yerə endiyini, lakin enərkən «Taliban» silahlıları tərəfindən ələ keçirildiyini bildirib. Onun sözlərinə görə, bölgə «Taliban»ın nəzarəti altındadır və girovları azad etmək üçün hazırda ora çoxlu sayda polis göndərilib.