Bank Of Baku

Hindistanda avtomobil qəzasında 21 nəfər ölüb

 Hindistanda avtomobil qəzasında 21 nəfər ölüb
# 16 noyabr 2013 08:23 (UTC +04:00)

Bakı – APA. Hindistanın Karnataka ştatında ağır yol nəqliyyat hadisəsi baş verib. Şəkər qamışı plantasiyasına işçiləri daşıyan yük avtomobilinin sürücüsü döngədə idarəetməni itirərək  avtomaşını aşırıb. Nəticədə, maşının yük yerində olan işçilərin ən azı 21 nəfərin həlak olduğu bildirilir.

 

APA-nın «RİA Novosti» agentliyinə istinadən verdiyi xəbərə görə, ümumilikdə avtomobildə 40 nəfər olub. Bu, əsasən plantasiyada çalışan fəhlələr olub və onlar səhər saatlarında qonşu Maxaraştra ştatına gedirdilər. Yerli polis əməkdaşlarının ehtimallarına görə, qəzaya avtomobilin həddən artıq yüklənməsi səbəb olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR