Bank Of Baku

Unibank-ın baş direktoru: Gələcəkdə banklar aktivlərinin həcminə görə deyil, müştərilərinin uğuruna görə qiymətləndiriləcəklər

Unibank-ın Biznes Bankçılığı üzrə baş direktoru Tahir Qəribov

© APA | Unibank-ın Biznes Bankçılığı üzrə baş direktoru Tahir Qəribov

# 02 iyul 2026 12:29 (UTC +04:00)

Gələcəkdə banklar aktivlərinin həcminə görə deyil, müştərilərinin uğuruna görə qiymətləndiriləcəklər.

"APA-Economics" xəbər verir ki, bu barədə Unibank-ın Biznes Bankçılığı üzrə baş direktoru Tahir Qəribov Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantıları çərçivəsində təşkil olunan Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, bunun üçün dövlət texnologiyaları (GovTech), texnoloji yeniliklər, süni intellekt və proseslərin daha səmərəli təşkili lazımdır:

"Yəni insan müdaxiləsinin minimuma endiyi proseslər bank sisteminin əsas inkişafverici qüvvəsinə çevriləcək. Düşünürəm ki, qarşıdakı 3–5 il ərzində bank və maliyyə sektoru daha da dərinləşəcək və ilkin mərhələdə bəsit olsa da, bütöv bir ekosistemə çevriləcək".

"Mənim fikrimcə, maliyyə sektoru və maliyyə vasitəçiləri olaraq diqqətimizi kapital bazarlarına və sığorta bazarına da yönəltməliyik. Çünki müəyyən mərhələdən sonra korporativ şirkətlər maliyyələşmə üçün kapital bazarlarına çıxmalıdırlar. Kommersiya banklarının əsas diqqəti isə mikro, kiçik və orta sahibkarlığın (MSME-lərin) maliyyələşdirilməsinə yönəlməlidir. Sığorta mexanizmlərinə gəldikdə isə düşünürəm ki, burada əsas məsələ biznesin maarifləndirilməsidir. Çünki görürük ki, bəzi şirkətlər sığortanın və müxtəlif risklərin azaldılması mexanizmlərinin əhəmiyyətini hələ də kifayət qədər qiymətləndirmirlər", - deyə o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR