Bank Of Baku

İsrail aviasiyası Dəməşq aeroportu ərazisində hərbi bazaya hücum edib

 İsrail aviasiyası Dəməşq aeroportu ərazisində hərbi bazaya hücum edib
# 27 aprel 2017 07:50 (UTC +04:00)

İsrail Hərbi Hava Qüvvələri aprelin 27-də gecə Dəməşq beynəlxalq aeroportu ərazisində obyektlərdən birinə hücum edib.

 

APA-nın "Əl-Ələm" telekanalına istinadən verdiyi məlumata görə, həmin ərazidə yerləşən hərbi bazaya hava zərbələri endirilib.

 

Hücum nəticəsində böyük yanğın baş verib.

 

Güclü partlayış səsləri Suriya paytaxtının ətraf ərazilərində də eşidilib.

 

Suriya hərbi komandanlığı tərəfindən hələlik hər hansı açıqlama verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR