Bakı. Zümrüd Paşayeva – APA. Pakistanın təhlükəsizlik qüvvələri “Taliban” qruplaşmasının 32 üzvünü məhv edib.
APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, silahlılar Pakistanın Haybər-Pahtunhva əyalətindən Əfqanıstan keçmək istəyərkən məhv edilib.
Pakistan hərbçiləri həmçinin Bəlucistan əyalətinin cənub-qərbində “Taliban”ın 8 nəfər üzvünün öldürüldüyü haqda məlumat yayıblar.