Bakı-APA. Sinay adasında sərhəd nəzarət-buraxılış məntəqəsində avtomobil partladılıb, nəticədə 25 Misir hərbçisi həlak olub. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze Əl Əriş şəhəri yaxınlığında idarə etdiyi avtomobili NBM-ə çırpıb.
Partlayış nəticəsində həmçinin 2 zirehli avtomobil (BMP) sıradan çıxıb.