Bank Of Baku

Abbas Əraqçı: “İran nüvə danışıqlarına hazırdır”

Abbas Əraqçı: “İran nüvə danışıqlarına hazırdır”
# 20 avqust 2013 11:08 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. “İran nüvə danışıqlarına hazırdır. Ancaq hələlik İran prezidenti Həsən Ruhaninin ölkənin nüvə müzakirələrindən məsul olacaq şəxsləri müəyyənləşdirməsini gözləyirik”. APA-nın İSNA-ya istinadən məlumatına görə, bu fikri İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçı yerli və xarici jurnalistlər üçün bu gün keçirdiyi həftəlik mətbuat konfransında səsləndirib.

 

Əraqçı nüvə məsələsinin İran Ali Milli Təhlükəsizlik Şurasından alınaraq Xarici İşlər Nazirliyinə verilməsi ilə bağlı yayılmış məlumatlara da aydınlıq gətirib: “İranın nüvə məsələsinin bu iki qurumdan hansında olmasının heç bir fərqi yoxdur. Çünki İranda dəyişilməz prinsiplər var. Ölkənin nüvə sahəsində təbii hüququ və nailiyyətləri qorunur. Ancaq İranın nüvə məsələsi ilə bağlı yeni yanaşma və yollar ola bilər. Bu məsələ İran Ali Milli Təhlükəsizlik Şurasında və ya Xarici İşlər Nazirliyinin tabeliyində olub-olmasından asılı olmayaraq diqqətdə saxlanacaq. Lakin ölkə prezidenti hələlik bununla bağlı heç bir qərar verməyib. Əgər nüvə məsələsinə İran Xarici İşlər Nazirliyi məsuliyyət daşıyarsa, bu qurumun lazımi imkanlarının olduğuna və yaxşı nəticə verəcəyinə əminəm”.

 

A. Əraqçı İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında baş tutan telefon danışığına da toxunub: “Ketrin Eşton Məhəmməd Zərifdən İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin qısa müddətdə bərpa edilməsini istəyib. İran XİN rəhbəri isə ölkəsinin məqsədyönlü və nəticəsi olan müzakirələr aparılmasının tərəfdarı olduğunu deyib. Məhəmməd Zərif həmçinin sadəcə danışıqlar xatirinə müzakirələri keçirilməsini istəmədiklərini və bunun məqbul təklif olmadığını bildirib”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR