Bank Of Baku

Abbas Əraqçı: “İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri çətin keçir”

Abbas Əraqçı: “İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri çətin keçir”
# 16 may 2014 08:04 (UTC +04:00)

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bu barədə İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini Seyid Abbas Əraqçı açıqlamasında bildirib.

 

Bununla belə, o, hazırda danışıqlarda atmosfer yaxşı olduğunu deyib.

 

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında yekun nüvə razılaşmasının yazılması məqsədilə növbəti nüvə müzakirələri davam edir.

 

Mayın 14-də İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun rəhbərliyi altında BMT-nin Vyanadakı qərargahında başlayan danışıqlar yekun razılaşmanın mətninin yazılması mərhələsinə daxil olub. Mayın 14 və 15-də M.C.Zərif və K.Eştonun rəhbərliyi altında iki görüş keçirilib. Eyni zamanda Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidtlə A. Əraqçı iki dəfə bir araya gəliblər. Bundan əlavə, mayın 15-də M.C.Zərif və K.Eşton arasında qapalı qapılar arxasında 3.5 saat davam edən təkbətək görüş baş tutub.

 

Bu gün İran tərəfinin “altılıq” ölkələrinin bəziləri ilə ikitərəfli görüş keçirəcəyi qeyd olunur. Eyni zamanda A.Əraqçı və H.Şmidt mayın 16-da üçüncü dəfə bir araya gələcəklər. Müzakirələrin bu gün başa çatacağı gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR