Bank Of Baku

Abbas Əraqçı: “İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələri hələlik iflasa uğramayıb”

Abbas Əraqçı: “İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələri hələlik iflasa uğramayıb”
# 19 may 2014 11:40 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələrində hansısa bir irəliləyiş əldə olunmasa da, danışıqlar hələlik iflasa uğramayıb”. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı bildirib.

 

Onun sözlərinə görə, hər iki tərəf müzakirələrin davam etdirilməsi məsələsində razılığa gəliblər: “Bu mərhələdəki danışıqlar son dərəcə ciddi və gərginlikdən tamamilə uzaq bir atmosferə malik idi. Ancaq təəssüflər olsun ki, elə də böyük irəliləyiş əldə olunmadı. Biz yekun razılaşmanın mətni barədə müzakirələr aparmağa səy göstərsək də, buna nail ola bilmədik. Lakin buna baxmayaraq danışıqları xarici işlər nazirləri və ekspertlər səviyyəsində davam etdirə və növbəti müzakirələrdə daha artıq irəliləyişlərə nail ola bilərik. Hər iki tərəflərin yekun razılaşmanın əldə olunması üçün müzakirələri davam etdirəcəklər”.

 

A.Əraqçı həmçinin deyib ki, İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələrinin iyunun 16-20-də Vyanada keçirilməsi qərara alınıb: “Ancaq bununla belə, həmin müddətədək qeyri-rəsmi görüşlərin keçirilməsi də planlaşdırılır”.

 

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında mayın 13-16-da Vyanada keçirilən nüvə müzakirələr fikir ayrılıqları səbəbindən nəticəsiz başa çatıb.

 

Bu dövürkü müzakirələrdə, yekun anlaşma sənədinin ilkin mətninin hazırlanması barədə razılığın olmasına rəğmən, bəzi fikir ayrılıqlarına görə yekun anlaşma sənədinin ilkin mətnini hazırlamaq mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR