Bakı. Etibar Məmmədov - APA. “Allah heç bir ölkənin başına gətirməsin”. APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Abdulla Gül Suriyadakı vəziyyətə münasibət bildirərkən deyib.
O, Suriya təyyarələrinin öz şəhərlərini bombalamasının dəhşətli mənzərə olduğunu qeyd edib: “Allah heç bir ölkənin başına gətirməsin. Bir ölkənin özünü necə istehlak etdiyini görürük. Suriya təyyarələri öz şəhərlərini bombalayır, öz mədəni zənginliklərini yox edir, öz insanını öldürür. Öz vertolyotlarını, öz tanklarını da suriyalılar vurur. Həqiqətən kədərli bir mənzərədir. Milyonlarla insan ölkəsini tərk edir. Gördüyünüz kimi, 150 minə yaxın suriyalı da Türkiyəyə sığınmış vəziyyətdədir”.