ABŞ-ın Kabildəki səfirliyi yaxınlığında törədilən partlayışda dörd nəfər həlak olub, üç nəfər yaralanıb.
APA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəcib Danş "Twitter" səhifəsində yazıb.
***
10.21
ABŞ-ın Əfqanıstanın paytaxtı Kabildəki səfirliyi yaxınlığında partlayış baş verib.
APA-nın "Reuters"-ə istinadən verdiyi məlumata görə, Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəcib Danş bildirib ki, partlayış "Kabul Bank"ın bölməsinin çıxışında, ABŞ diplomatik missiyasının yaxınlığında törədilib.
Zərərçəkənlər barədə hələlik məlumat yoxdur.