Bakı-APA. ABŞ aviasiyası ötən gün “İslam Dövləti” qüvvələrinin Bağdad yaxınlığındakı mövqelərinə zərbələr endirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında deyilir.
Məlumata görə, son iki gündə ABŞ aviasiyası “İslam Dövləti” qüvvələrinin Bağdad yaxınlığındakı mövqelərinə üç zərbə endirib. Zərbələr nəticəsində bir qrup silahlı, zenit qurğusu və iki qayıq məhv edilib.
Bundan başqa, aviasiya Ərbil yaxınlığında silahlıların yük maşınını və atəş nöqtəsini məhv edib. Ümumilikdə, ABŞ aviasiyası “İslam Dövləti” qüvvələrinin İraqdakı mövqelərinə 167 zərbə endirib.