Bakı-APA. ABŞ dövlət katibi Con Kerri Yaxın Şərqdə sülh prosesinin irəliləyişi naminə Fələstin dövlət başçısı Mahmud Abbasla növbəti dəfə görüşməyə hazırdır. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.
Qeyd edək ki, görüşün bu gün baş tutacağı təqdirdə, bu son üç gün ərzində sayca üçüncü görüş olacaq. Lakin görüşün konkret tarixi açıqlanmır. Xatırladaq ki, iyunun 28-i və 29-da Con Kerri İordaniyaya səfəri çərçivəsində Mahmud Abbasla iki görüş keçirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Con Kerrinin İsrailinin baş naziri Binyamin Netanyahu ilə görüşü (son üç gündə üçüncü görüşü) nəzərdə tutulub.