ABŞ Hərbi-Hava Qüvvələri bu ilin avqustunda İŞİD terror qruplaşmasının 20-dən çox səhra komandirlərini Suriyanın Deyr əz-Zor rayonundan təxliyə edib.
APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə hərbi-diplomatik mənbə bildirib.
“Vaşinqton “digər istiqamətlərdə” təxliyə edilən silahlıların təcrübəsindən istifadə etməyi planlaşdırır”, - deyə mənbə bildirib.
“Belə ki, avqustun 26-sı gecə saatlarında ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus helikopter İŞİD-in Avropa mənşəli iki səhra komandirini ailələri ilə birlikdə Deyr əz-Zor şəhərinin şimal-qərbindəki Treyf rayonu yaxınlığından təxliyə edib”, - deyə mənbə bildirib.
Bundan başqa, avqustun 28-də ABŞ helikopterləri Deyr əz-Zor şəhərinin cənub-şərqindəki Əlbü Leyl rayonundan İŞİD-in 20-dək səhra komandirini Suriyanın şimalına təxliyə edib.
Əsir götürülmüş terrorçular dindirilərkən ABŞ xüsusi xidmət orqanlarının səhra komandirlərinə dəstəyi ilə bağlı çoxsaylı faktlar barədə danışıblar. Onların sözlərinə görə, dəstək istər keçmiş, istərsə də hazırkı administrasiya dövründə göstərilib.
Mənbə qeyd edib ki, səhra komandirləri və avropalı muzdlular bu ilin mayında da analoji yolla Deyr əz-Zor əyalətindən təxliyə edilib. İyun və iyul aylarında silahlıların evakuasiyası faktları Rəqqa əyalətində qeydə alınıb.
Koalisiyada bu məlumatın həqiqətə uyğun olmadığı bildirilib.