APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Mosulun “Əs-Səlam” xəstəxanasından bildirilib. Qeyd olunub ki, xəstəxanaya gətirilən cəsəd və yaralılar Mosulun 60 kilometr şərqində, Ərbil yaxınlığında olan Əl-Xazər bölgəsində hava zərbələrinə məruz qalıblar.
Qeyd edək ki, ABŞ Hərb Hava Qüvvələri avqustun 8-də “İslam dövləti” qruplaşmasının mövqelərinə zərbə endirməyə başlayıb.