Bakı-APA. ABŞ Hərbi-Hava Qüvvələrinin döyüş təyyarələri ilk dəfə olaraq “İslam Dövləti” qruplaşmasının İraqın şimalında yerləşən təlim düşərgəsinə zərbə endirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlı məlumat yayıb.
“Ümumilikdə, “İslam Dövləti” qruplaşmasının Mosul şəhərinin şimal-şərqində yerləşən təlim düşərgəsinə endirilən zərbə nəticəsində bir döyüş maşını, silahlıların yerləşdiyi iki bina və çoxlu sayda terrorçu məhv edilib”, deyə məlumatda bildirilib.