Bank Of Baku

ABŞ koalisiyası İraqda dinc sakinlərə zərbələrlə əlaqəsi olduğunu təkzib edib

ABŞ koalisiyası İraqda dinc sakinlərə zərbələrlə əlaqəsi olduğunu təkzib edib
# 23 oktyabr 2016 04:14 (UTC +04:00)

Bakı-APA. ABŞ Koalisiyası bəyan edib ki, İraqsın Dakuk şəhərinə heç bir zərbə endirməyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə koalisiyanın nümayəndəsi  deyib.

 

“Biz mülki əhali arasında ehtimal olunan itkiləri koalisiyanın bu rayonda hər-hansı zərbələri ilə əlaqələndirə bilmirik”, - deyə o bildirib.    

 

Onun sözlərinə görə,  koalisiya bu cür itkiləri minimuma endirməyə çalışır və bu istiqamətdə səy  göstərir.  

 

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, İraqın Dakuk şəhərində dinc sakinlərə zərbələri məhz koalisiya aviasiyası endirib.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR