Bank Of Baku

ABŞ prezidentinin xüsusi nümayəndəsi Suriya kürdləri ilə görüşlər keçirib

ABŞ prezidentinin xüsusi nümayəndəsi Suriya kürdləri ilə görüşlər keçirib
# 01 fevral 2016 06:47 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. ABŞ prezidentinin İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyadakı xüsusi nümayəndəsi Bret Makqurk Suriyanın şimalında yerli kürd liderləri ilə görüşlər keçirib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Ağ ev əməkdaşlarından biri səfər və aparılan müzakirələrdə əsas məqsədin İŞİD qruplaşmasına qarşı mövqelərin gücləndirilməsindən ibarət olduğunu deyib.

 

 “The Washington Post” isə iddia edir ki, Rusiya son zamanlar Suriya kürdlərini təsir altına almaq üçün ABŞ-la rəqabət aparır: "Bununla yanaşı, Suriyada yeni kürd ərazi vahidi yaranmasın deyə Türkiyə kürd qruplaşmalarının güclənməsindən narahatlığını bildirir və Suriya ilə sərhədə tank, hərbi hissələr göndərir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR