Bank Of Baku

ABŞ rəsmisi: “İraq ordusu İŞİD-in nəzarəti altındakı ərazilərin yarısını azad edib”

ABŞ rəsmisi: “İraq ordusu İŞİD-in nəzarəti altındakı ərazilərin yarısını azad edib”
# 14 sentyabr 2016 19:06 (UTC +04:00)

Bakı-APA. İraq ordusu İŞİD-in nəzarəti altındakı ərazilərin yarısını azad edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Bağdadda səfərdə olan ABŞ dövlət katibinin birinci müavini Entoni Blinken bəyan edib.

 

“İraq ordusu beynəlxalq koalisiya qüvvələrinin dəstəyi ilə İŞİD terror qruplaşmasının nəzarəti altındakı 50% ərazini azad edib. Bunun nəticəsində iraqlılar tədricən öz evlərinə qayıdırlar”, deyə E.Blinken qeyd edib.

 

Qeyd edək ki, bundan əvvəl E.Blinken İraqa humanitar yardım məqsədilə ABŞ tərəfindən 181 milyon dollar ayrılacağını bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR