Bank Of Baku

ABŞ və Cənubi Koreya KXDR-ın etirazından sonra birgə hərbi təlimlərini dayandırıblar

ABŞ və Cənubi Koreya KXDR-ın etirazından sonra birgə hərbi təlimlərini dayandırıblar
# 18 may 2018 20:34 (UTC +04:00)

ABŞ və Cənubi Koreya Donald Trump və KXDR lideri Kim Çen In arasında keçiriləcək görüş  ərəfəsində Pxenyanın narazılığına səbəb olan birgə hərbi təlimlərini dayandırıblar.

 

APA-nın məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti amerikalı yüksək rütbəli şəxslərə istinadən yazıb.

 

Məlumata əsasən, təlimlər rəsmi Seulun təşəbbüsü ilə dayandırılıb. Cənubi Koreya rəhbərliyi  ABŞ-KXDR sammiti ərəfəsində təlimlərin keçirilməsinin yarımadada gərginliyin artmasına səbəb ola biləcəyindən narahatlığını ifadə edib.

 

Bundan əvvəl KXDR Cənubi Koreya ilə mayın 16-na planlaşdırılmış yüksək səviyyəli danışıqlardan imtina edib. Rəsmi Pxenyan həmçinin ABŞ-la planlaşdırılmış birgə sammitdən də imtina edəcəyi ilə hədələyib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR