Bank Of Baku

ABŞ və müttəfiqləri “İŞİD”-in İraq və Suriyadakı mövqelərinə 30 hava zərbəsi endiriblər - VİDEO

ABŞ və müttəfiqləri “İŞİD”-in İraq və Suriyadakı mövqelərinə 30 hava zərbəsi endiriblər - <span style="color: red;">VİDEO
# 20 noyabr 2014 01:29 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı ABŞ hərbi qüvvələrinin mərkəzi komandanlığı yayıb.

 

Həmçinin Suriyada “Əl Qaidə”-yə yaxın “Xorasan” qruplaşmasının hərbi anbarları bombalanıb.

 

Məlumata görə, koalisiya Suriyada terrorçuların canlı qüvvə və hərbi texnikasına Türkiyə ilə sərhəddə yerləşən Kobani şəhəri də daxil olmaqla 6 zərbə endirilib. İraqda isə “İŞİD”-in Kərkük və Mosul şəhərlərindəki mövqelərinə 24 hava zərbəsi endirilib.

 

Xatırladaq ki, ABŞ-ın hərbi aviasiyası  avqustun 8-dən etibarən İraqda, sentyabrın 23-dən isə Suriyada “İŞİD”-in mövqelərinə hava zərbələr endirir. İraqdakı  əməliyyatlarda Avstraliya, Belçika, Böyük Britaniya, Danimarka, Kanada, Niderland və Fransanın, Suriyada isə Bəhreyn, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının hərbi təyyarələri iştirak edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR