Bakı-APA. “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ümid edir ki, İranın nüvə proqramı üzrə razılaşma yanvar ayında əldə oluna bilər”. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bu bəyanatla İranın nüvə proqramı üzrə danışıqlara rəhbərlik edən German Hakertts çıxış edib: “Biz gələn il yanvarın 16-da növbəti görüş barədə razılığa gəlmişik. O görüşdə İranın nüvə probleminin həllinə struktur yanaşmanı başa çatdıracağımıza, daha sonra qeyd etdiyim sazişin tətbiqinə başlayacağımıza ümid edirik”.
Qeyd edək ki, dünən Tehranda AEBA və İran təmsilçiləri ilə danışıqların növbəti raundui keçirilib.