Bank Of Baku

AEBA icraçı direktorunun müavini İranda səfərdədir

AEBA icraçı direktorunun müavini İranda səfərdədir
# 13 dekabr 2012 09:15 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli - APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) icraçı direktorunun müavini Herman Nakaertsin rəhbərlik etdiyi 7 nəfərlik nümayəndə heyəti İranda səfərdədir.

 

APA-nın İRİB-ə istinadən məlumatına görə, bu gün Tehranda İranla agentlik arasında növbəti müzakirələr keçiriləcək. Müzakirələr zamanı əsasən tərəflər arasında həllini tapmayan məsələlər və çərçivə sazişinin razılaşdırılması ilə bağlı fikir mübadiləsi aparılacaq.

 

Qeyd edək ki, İranla AEBA arasında müzakirələr 2012-ci ilin yayında Vyanada başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR