Bakı. Könül Cəfərli - APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın “Parçin” hərbi obyektini təftiş etməsi faydalı olardı. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu AEBA-nın icraçı direktoru Yukiya Amano deyib.
O bildirib ki, agentlik İrandan əməkdaşlarının “Parçin”dəki bəzi bina və özəl təsisatlara buraxılmasını yenidən tələb edib: “Parçin” hərbi bazasındakı təsisatlarda dəyişiklik edilib. Odur ki, beynəlxalq müfəttişlərin oraya daxil olması və təftiş etməsi faydalı olar”.