Bank Of Baku

Afrində Türkiyə ordusunun əsgəri şəhid olub

Afrində Türkiyə ordusunun əsgəri şəhid olub
# 25 fevral 2018 10:29 (UTC +04:00)

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı daha bir türk əsgəri şəhid olub.

 

APA-nın məlumatına görə, bu barədə bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Türkiyə ordusunun əsgəri fevralın 24-də şəhid olub.

 

Bununla da Türkiyə ordusunun Zeytun budağı əməliyyatı zamanı şəhid olan əsgərlərinin sayı 33 nəfərə çatıb. Bu günə qədər əməliyyat zamanı 2018 PYD/YPG terrorçusu zərərsizləşdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR