Bank Of Baku

Ayətullah Xomeyninin nəvəsi həbs olunmaqdan qorxur

Ayətullah Xomeyninin nəvəsi həbs olunmaqdan qorxur
# 17 dekabr 2012 08:00 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli - APA. İran İslam inqilabının lideri, ayətullah Ruhullah Xomeyninin nəvəsi Naimə Əşrahi müxalif fikirləri səbəbindən həbs olunmaqdan qorxduğunu bəyan edib.

 

APA-nın məlumatına görə, “Facebook” səhifəsində mərhum babası ilə birlikdə çəkilmiş fotoşəkillərini yayan N.Əşrahi deyib: “Bir gün qapımın döyüləcəyindən narahatam. Lakin bu cür narahatlıq yaşayan təkcə mən deyiləm. Əslində bu mümkündür. Çünki həbsdə yatan digər düşüncə günahkarlarından heç bir fərqim olmayacaq”.

 

Ayətullah Xomeyninin nəvəsi həmçinin Qərb ölkələrinin mübahisəli nüvə proqramı səbəbindən İrana tətbiq etdiyi sanksiyaların ölkə rəhbərliyindəki şəxslərə təsir göstərmədiyini, ən böyük zərəri xalqın gördüyünü də bildirib. N.Əşrahi səsləndirdiyi fikirlərin ailəsi tərəfindən qəbul edildiyini də vurğulayıb: “Tanınmış bir ailəyə mənsub olmaqla müstəqil bir şəxsiyyətə sahib olmaq arasındakı tarazlığı hər zaman qoruduq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR