Bank Of Baku

Filippində “Pablo” qasırğası nəticəsində ölənlərin sayı 906 nəfərə çatıb

Filippində “Pablo” qasırğası nəticəsində ölənlərin sayı 906 nəfərə çatıb
# 14 dekabr 2012 03:29 (UTC +04:00)

 

Bakı-APA. Filippin Mülki müdafiə xidməti bildirib ki, “Pablo” qasırğası nəticəsində ölənlərin sayı 906 nəfərə çatıb, daha 932  nəfər itkin düşmüş hesab olunur, 2,7 min nəfər xəsarət alıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bir qədər əvvəl 714 nəfərin öldüyü bildirilmişdir.

Bu il Filippində baş vermiş 16 qasırğa nəticəsində bütövlükdə 5 milyon filippinliyə ziyan dəyib. Ölkədə  150 min ev zədələnib. Filippinin 50 regionunda fövqəladə vəziyyət elan olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR