Bakı-APA. İraq polisi paytaxt Bağdad ətrafında terror aktlarının həyata keçirilməsi üçün nəzərdə tutulan üç minalanmış avtomobil aşkarlayıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Bağdad polisinin nümayəndəsi bildirib.
Mayın 11-də Bağdadda baş vermiş üç partlayış nəticəsində 80 nəfər ölüb. Terror aktlarına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.