APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu dəfə etirazçılar asayiş keşikçilərinə qarşı, demək olar ki, müqavimət göstərməyiblər.
Xatırladaq ki, fevralın 2-də Taylandda parlament seçkiləri keçirilib. Etiraz aksiyalarının iştirakçıları seçkiləri boykot edərək ölkənin Baş naziri Yinqlak Çinavatın istefasını tələb edirlər. Banqkok şəhərinin əsas küçə və prospektləri nümayişçilər tərəfindən bağlanıb.