Bakı-APA. Banqladeşin paytaxtı Dəkkə ətrafında səkkizmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 149 nəfərə çatıb. APA-nın xəbərinə görə, bu barədə xilasetmə əməliyyatına rəhbərlik edən general Məhəmməd Hikdər məlumat verib.
Rana Plaza kompleksi dünən çöküb. Kompleksdə 4 tikiş fabriki, bank və çoxlu sayda dükanlar olub. İki gün əvvəl divarlarda çat əmələ gəldikdən sonra bank və dükanların bir qismi bağlanıb. Lakin digər dükanlar və fabriklər buna məhəl qoymayaraq işlərinə davam ediblər.