Bakı-APA. Banqladeşin paytaxtı Dəkkə ətrafında səkkizmərtəbəli binanın çökməsi nəticəsində 100-dən artıq insan həlak olub. APA-nın məlumatına görə, bu barədə Hindistanın Zee News telekanalı xəbər yayıb.
Daha əvvəl 80 nəfərin öldüyü bildirilirdi.
«Biz əslində neçə nəfərin öldüyünü bilmirik… yeganə deyə biləcəyim şey odur ki, bu bina tikiləndə təhlükəsizlik qaydalarına riayət olunmayıb», deyə Banqladeşin daxili işlər naziri Mühiddin Xan Aləmqir bildirib.