APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu yaralıların gətirildiyi xəstəxananın həkimi deyib. Ölənlərin sayı arta bilər. Dağıntılar altında yüzlərlə adamın qala biləciyi güman olunur.
Qeyd edək ki, 4 tekstil fabriki, bank və bir çox mağazanın yerləşdiyi “Rana Plaza” binası yerli vaxtla saat 09.00-da çöküb. Xilasetmə əməliyyatında əsgərlər də iştirak edir.