Bakı-APA. Banqladeşdə Meqxna çayında “Miraj-4” sərnişin bərəsi batıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, xilasedicilər hadisə yerində 12 nəfərin cəsədini aşkarlayıb.
Məlumata görə, bərədə 200-dən 350-dək sərnişin olub. Bir qrup sərnişinin sahilə üzərək xilas olunduğu bildirilir. Hadisə yerində axtarış-xilasetmə tədbirləri aparılır.
İlkin versiyaya görə, gəminin qəzaya uğramasına səbəb pis hava şəraiti və bərənin həddindən artıq yüklənməsi olub.