Bank Of Baku

Banqladeşdə torpaq sürüşməsi olub, 4 nəfər ölüb

Banqladeşdə torpaq sürüşməsi olub, 4 nəfər ölüb
# 18 iyun 2017 12:28 (UTC +04:00)

Banqladeşdə leysan yağışlar torpaq sürüşməsinə yol açıb.

 

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Kxaqraçxari və Maulvibazar dairələrində torpaq sürüşməsi nəticəsində 2-i uşaq olmaqla, 4 nəfər ölüb.

 

Beş gündür ki, davam edən yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.  Təhlükə ilə əlaqədar yüzlərlə insan köçürülüb.

 

Qeyd edək ki, Banqladeşdə keçən həftə leysan yağışlarla əlaqədar torpaq sürüşməsi 158 nəfərin ölümünə səbəb olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR