Bank Of Baku

Barak Obama: “Şimali Koreyaya qarşı hərbi gücün tətbiqi məsələsində tərəddüd etməyəcəyik”

Barak Obama: “Şimali Koreyaya qarşı hərbi gücün tətbiqi məsələsində tərəddüd etməyəcəyik”
# 26 aprel 2014 07:59 (UTC +04:00)

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, B. Obama Cənubi Koreyaya səfəri zamanı bu ölkədəki 28 min nəfərdən ibarət ABŞ hərbi kontingentinə müraciət edib. 

 

“ABŞ-ın Koreya Respublikasının təhlükəsizliyinin təmin olunmasına dair öhdəliyi təcavüz təhlükəsi qarşısında daha da möhkəmlənir. Biz müttəfiqlərimizin və həyat tərzimizin müdafiəsi üçün hərbi gücdən istifadə etmək məsələsində tərəddüd göstərməyəcəyik”, - deyə B. Obama söyləyib. 

 

Qeyd edək ki, Şimali Koreya öz tarixində dördüncü dəfə nüvə sınağı keçirməyə hazırlaşdığını açıqlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR