Bank Of Baku

Bəhreyndə polis və etirazçılar arasında toqquşma baş verib

Bəhreyndə polis və etirazçılar arasında toqquşma baş verib
# 08 yanvar 2016 17:49 (UTC +04:00)

Bakı-APA. Bəhreynin şərqində, Sitra şəhərində polislə etirazçılar arasında toqquşma baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanında  şiə dini xadim Nimr ən-Nimrin edam edilməsi ilə bağlı keçirilən nümayiş polislə toqquşmalara çevrilib.

 

​Məlumata görə, etirazçılar polisə “Molotov kokteyli” atıb, polis buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib.  

 

İnsident nəticəsində xəsarət alanlar və saxlanılanlar barədə hələlik məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR