Bank Of Baku

Beynəlxalq koalisiya “İŞİD”in mövqelərinə 17 hava zərbəsi endirib

Beynəlxalq koalisiya “İŞİD”in  mövqelərinə 17 hava zərbəsi endirib
# 25 dekabr 2014 00:03 (UTC +04:00)

APA-nın Reuters agentlyinə istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı bildirib.

 

Məlumata görə, koalisiya Suriyada terrorçuların canlı qüvvə və hərbi texnikasına Türkiyə ilə sərhəddə yerləşən Kobanidə 8 zərbə endirib. Həmçinin, Deyr-əz-Zorda neft çıxartma obyekti, Rakka şəhərində isə silah anbarı məhv edilib. İraqda koalisiya qüvvələri  “İŞİD”-in mövqelərinə 7 hava zərbəsi endirib.

 

Xatırladaq ki, ABŞ-ın hərbi aviasiyası  avqustun 8-dən etibarən İraqda, sentyabrın 23-dən isə Suriyada “İŞİD”-in mövqelərinə hava zərbələr endirir. İraqdakı  əməliyyatlarda Avstraliya, Belçika, Böyük Britaniya, Danimarka, Kanada, Niderland və Fransanın, Suriyada isə Bəhreyn, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının hərbi təyyarələri iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR