Bakı. Real Cəfərli-APA. İran xam neft hasilatını 4 milyon barelə çıxarmağı qarşısına məqsəd qoyub. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın yeni neft naziri Bijən Namdar Zəngənə bildirib. Onun sözlərinə görə, neft sənayesini inkişaf etdirmək mövzusunda prioritet proqramları arasında xüsusilə enerji diplomatiyasını və xam neft hasilatını artırmaqdır: “Biz bununla mövcud sanksiyalara cavab verəcəyik. Sanksiyaları təsirsiz hala gətirmək üçün İran Xarici İşlər Nazirliyinin də əməkdaşlığı ilə seçmə diplomatlar, mütəxəssislərin potensialından faydalanaraq enerji bazarı və xam neft hasilatında çox fəal olacağıq".
B. Zəngənə təbii qaz hasilatının artırılmasına da toxunaraq, xüsusilə Cənubi Pars kimi ortaq hövzələrdə hasilatın artırılmasına ağırlıq verəcəklərini vurğulayıb: “Bu ilin sonunadək Cənubi Pars hövzəsindəki ortaq modullardan “mavi yanacaq” hasilatına başlamağı hədəfləyitik”.