Bakı-APA. İsrailin baş naziri Binyamin Netanyahu ölkəyə zərər yetirməyə çalışan hər bir kəsə zərbə endirməyə hazır olduğunu bəyan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə baş nazirin bəyanatında deyilir.
“Biz ölkəyə zərər yetirməyə çalışan hər bir kəsi vurarıq”, deyə Netanyahu deyib.
Xatırladaq ki, bir müddət əvvəl İsrail Livanın cənub ərazisindən raket atəşinə tutulub. İsrail ərazisinə 4 raket buraxılıb.
Raketlərdən biri “Dəmir günbəz” raketdən müdafiə sistemi tərəfindən vurulub.