Bank Of Baku

BMT-nin baş katibi Moskva və Vaşinqtonun Suriya məsələsi ilə bağlı son qərarını dəstəkləyib

BMT-nin baş katibi Moskva və Vaşinqtonun Suriya məsələsi ilə bağlı son qərarını dəstəkləyib
# 14 sentyabr 2013 16:05 (UTC +04:00)

Bakı – APA. BMT-nin baş katibi Ban Ki Mun qurumun Təhlükəsizlik Şurasını Rusiya ilə ABŞ arasında Suriyanın kimyəvi silahı ilə bağlı aparılan danışıqlarda əldə olunmuş razılığı dəstəkləməyə çağırıb.

APA-nın «RİA Novosti»yə istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Fərhan Hak bildirib: «Baş katib ümid edir ki, BMT-nin Təhlükəsizlik Şurası bu razılığın verdiyi fürsətdən istifadə edəcək».

Bunun əsasında BMT-nin nizamnaməsinə uyğun olaraq Təhlükəsizlik Şurasının qətnaməsi hazırlanacaq. Qətnamə isə öz növbəsində tələblər yerinə yetirilmədiyi təqdirdə gücün tətbiqini nəzərdə tutur.

Qeyd edək ki, bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri arasında Cenevrədə keçirilən üç günlük görüşün yekunu olaraq Suriya problemi ətrafında ümumi razılığa gəlinib. Belə ki, tərəflər Suriya hakimiyyətinə məxsus kimyəvi silahın ölkədən çıxarılaraq Suriyadan kənarda məhv edilməsini razılaşdırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR