Bank Of Baku

BMT müfəttişləri Dəməşqi tərk edib

BMT müfəttişləri Dəməşqi tərk edib
# 30 sentyabr 2013 18:23 (UTC +04:00)

Bakı-APA. Suriyada kimyəvi silahla bağlı araşdırma aparan BMT müfəttişləri Dəməşqi tərk edib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, beynəlxalq mütəxəssislər avqustun 21-də Suriya paytaxtı yaxınlığında kimyəvi silahdan istifadə faktlarını öyrənirdi.

 

BMT müfəttişlərinin yekun rəyinə əsasən, həmin gün tərkibində zarin olan maddədən istifadə olunub. Lakin bunun məsuliyyəti heç bir tərəfin üzərinə qoyulmayıb.

 

Qeyd edək ki, tezliklə Suriyada beynəlxalq müfəttişlərdən ibarət daha bir qrup fəaliyyətə başlayacaq. Həmin qrup ölkədəki kimyəvi silah ehtiyatlarının məhvi prosesində iştirak edəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR