Bank Of Baku

Rusiya MN: Ukraynaya kütləvi zərbələr endirilib

Rusiya MN: Ukraynaya kütləvi zərbələr endirilib
# 02 iyul 2026 08:29 (UTC +04:00)

Rusiya ərazisində mülki infrastruktura qarşı həyata keçirilən hücumlara cavab olaraq Ukraynaya kütləvi zərbələr endirilib.

TASS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, zərbələr uzaqmənzilli yüksək dəqiqlikli hava, quru və dəniz bazalı silahlarla, həmçinin zərbə tipli pilotsuz uçuş aparatları ilə həyata keçirilib.

Nazirliyin məlumatına görə, hücum nəticəsində Kiyev şəhərində və Kiyev vilayətində yerləşən hərbi-sənaye müəssisələri və yanacaq-enerji kompleksi obyektləri, həmçinin Dnepropetrovsk, Poltava, Çerkassı, Çerniqov və Kiyev vilayətlərindəki hərbi aerodromların infrastrukturu vurulub.

Rusiya Müdafiə Nazirliyi zərbələrin Ukraynanın Rusiya ərazisində mülki infrastruktura qarşı həyata keçirdiyi hücumlara cavab olaraq endirildiyini bildirib.

Qeyd edək ki, Ukrayna tərəfinin məlumatına görə, Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 8-ə çatıb, yaşayış binaları dağılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR