Bank Of Baku

BMT: Suriyanın Duma şəhərində gün ərzində 30 nəfər həlak olub

BMT: Suriyanın Duma şəhərində gün ərzində 30 nəfər həlak olub
# 19 fevral 2018 20:28 (UTC +04:00)

Suriyanın paytaxtı Dəməşq yaxınlığında yerləşən Duma şəhərinin atəşə tutulması nəticəsində 30 nəfər həlak olub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin rəsmi nümayəndəsi Fərhan Hak bildirib.

 

“Bu gün Dumanın atəşə tutulması və endirilən hava zərbələri nəticəsində 30 nəfər ölüb. Fevralın 15-dən Şərqi Qutanın müntəzəm olaraq atəşə tutulması nəticəsində qadın və uşaqlar daxil olmaqla, çox sayda dinc sakin həyatını itirib”, deyə F.Haq qeyd edib.

 

Onun sözlərinə görə, eyni dövrdə paytaxt Dəməşq minaatanlardan və raketlərdən atəşə tutulub, mülki əhali arasında ölən və yaralananlar var. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR