Bank Of Baku

BMT baş katibinin müavini İranda səfərdədir - YENİLƏNİB - FOTO

BMT baş katibinin müavini İranda səfərdədir  - <span style="color: red;">YENİLƏNİB - FOTO
# 26 avqust 2013 09:48 (UTC +04:00)

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, səfərdə məqsəd regionda baş verən hadisələri, xüsusilə Suriya, Misir, Livan, Fələstin və Yaxın Şərq, həmçinin digər məsələləri araşdırmaq və İran rəsmiləri ilə fikir mübadiləsi aparmaqdır.

 

Bu gün BMT baş katibinin müavini İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə də görüşüb.

 

Qeyd edək ki, C. Feldman 2004-2008-ci illərdə ABŞ-ın Livandakı səfiri olub. Amerikalı diplomat ötən il Qoşulmama Hərəkatına üzv ölkələrin liderlərinin toplantısına qatılmaq üçün BMT baş katibi ilə birlikdə İrana səfəri edib.

 

***

 

saat 09.54

 

Bakı. Real Cəfərli - APA. BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feldman bu gün İrana səfər edəcək.

 

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçı açıqlama verib.

 

Onun sözlərinə görə, C. Feldman ABŞ diplomatı kimi deyil, BMT baş katibinin müavini kimi Tehrana gəlir: “Səfərdə məqsəd regionda baş verən hadisələri, xüsusilə Suriya, Misir, Livan, Fələstin və Yaxın Şərq, həmçinin digər məsələləri araşdırmaq və İran rəsmiləri ilə fikir mübadiləsi aparmaqdır”.

 

A. Əraqçı C. Feldmanın ötən il BMT baş katibi ilə birlikdə İrana səfəri etməsini və bu ölkənin ali dini lideri ilə görüşdüyünü də xatırladıb: “BMT baş katibinin müavini səfər çərçivəsində İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə də görüşəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR