Bank Of Baku

BMT baş katibinin müavini İranda səfərdədir

BMT baş katibinin müavini İranda səfərdədir
# 16 sentyabr 2013 08:01 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. BMT baş katibinin humanitar məsələlər üzrə müavini, xanım Valerie Amosun rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdədir.

 

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, səfərdə məqsəd İranla BMT arasında təbii fəlakətlər, humanitar və təcili yardımlar məsələləri başda olmaqla ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq, xüsusilə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsidir.

 

V. Amos səfər çərçivəsində sentyabrın 15-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

 

İran XİN rəhbəri ölkəsinin Suriya böhranının siyasi yolla həll edilməsini müdafiə etdiyini deyib: “Biz kimyəvi silahdan harada və kim tərəfindən istifadə edilməsindən asılı olmayaraq, bu cür faktları qınayırıq”. Onun sözlərinə görə, BMT Suriya böhranının siyasi yolla həll edilməsi və bölgə xalqları üzərindəki mənfi insani təsirlərinin aradan qaldırılması üçün daha aktiv rol oynamalıdır.

 

BMT baş katibinin müavini isə öz növbəsində Suriyada qarşıdurmaların davam etməsi və mühacir sayının artmasından narahat olduğunu bildirib: “İran başda olmaqla nüfuzlu dövlətlərin köməyi ilə böhran siyasi yolla həll edilməli və Suriyada dinclik və sabitlik bərqərar edilməlidr”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR