Bakı. Zümrüd Paşayeva – APA. BMT İsrail ordusunun fələstinlilərin məskunlaşdığı sığınacağa hücumunu pisləyib.
APA-nın “Euronews”a istinadən verdiyi məlumata görə, BMT 3000-dək fələstinli üçün sığınacaq funksiyasını yerinə yetirən məktəbin hədəf alınmasını qınayıb.
Bölgədəki BMT səlahiyyətlisi Pyer Krahenbuhel bildirib ki, həmin məktəbdə fələstinlilərin məskunlaşması ilə əlaqədar İsrail tərəfinə 17 dəfə məlumat verilib.
“Qəzza əhalisinin gedəcək yeri yoxdur. Döyüş başlayanda, onlar evlərindən çıxsalar da, sərhədi keçib heç bir yerə gedə bilmirlər. Evlərindən didərgin düşən insanların sığına biləcəyi son yer məktəblərimizdir və tərəflər bunu nəzərə almalıdır”, - deyə o qeyd edib.