APA-nın məlumatına görə, müfəttişlərin bu gün araşdırmalara başlayacağı bildirilir. BMT baş katibi Pan Gi Mun missiyanın rəhbəri Oke Selstroma əsas diqqəti 21 avqust insidentinə dair faktlar üzərində cəmləşdirmək tapşırığı verib. Suriya hökuməti kimyəvi silah tətbiq olunduğu güman olunan yerlərə baş çəkmə qrafikini dünən BMT ekspertləri ilə razılaşdırıb.