Bakı. Şamil Əlibəyli-APA. BMT müfəttişləri Suriyada kimyəvi silahdan istifadə olunması ehtimalını araşdıracaqlar. APA-nın BMT-nin saytına istinadən verdiyi məlumata görə, Suriya hökuməti müfəttişlərin ölkədə fəaliyyətinə icazə verib.
Məlumata əsasən, BMT-nin silahsızlaşdırma üzrə ali nümayəndəsi Ancela Keyn avqustun 24 və 25-də Suriyanın yüksək vəzifəli rəsmi şəxsləri ilə görüşüb və hökumətdən araşdırılmanın aparılmasına dəstək barədə zəmanət alıb.