APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Pan Gi Mun Qəzza zolağında fəlakətli humanitar vəziyyətin yarandığını vurğulayıb.
Bundan əvvəl BMT Təhlükəsizlik Şurası Ramazan bayramı günlərində atəşi dayandırmağa çağırmışdı.
İyulun 8-dən, İsrailin Qəzza zolağında hərbi əməliyyatı başlayandan bəri 1600-dan artıq fələstinli və 43 İsrail vətəndaşı həlak olub.